2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Meclis.info” saytının rəhbəri saxlanılıb

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Məlumatı İmran Əliyevin özü verib.  Onun bildirdiyinə görə, sərhəd nəzarət məntəqəsini keçib, təyyarəyə minik üçün gözləyərkən saxlanılıb və qara maskalı şəxslərə təhvil verilib.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytı ““Abzas Media” və “Toplum TV” işində yeni faktlar”  adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

O, saxlanılmazdan əvvəl yaxınlara bildirib ki,  onun barəsində məqalə dərc olunub, həmin məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub: “Təhlükəsizlik məqsədilə İmran Türkiyəyə getməyə qərara gəlib və hava limanında saxlanılıb”. 

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda İmran Əliyevin hara aparıldığı məlum deyil. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb. 

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır. 

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button