Gündəm
Mehmet Şimşək idxal qadağaları ilə bağlı Moskvaya gedir
Türkiyə Baş nazirinin köməkçisi Mehmet Şimşəyin başçılıq etdiyi heyət bu gün iki ölkə arasında məhsul idxalı qadağalarını müzakirə etmək üçün Rusiyaya gedir. Görüşlərdə yaş meyvə və tərəvəz idxalı ilə bağlı Türk istehsalçılarına tətbiq olunan məhdudiyyətlər müzakirə ediləcək.
Anadolu agentliyinin xəbərinə görə, aralarında İqtisadiyyat naziri Nihat Zeybekcinin də olduğu heyət Rusiya Baş nazirinin köməkçisi Arkady Dvorkoviç ilə görüşəcək.
Görüşlərdə yaş meyvə və tərəvəz idxalına tətbiq olunan məhdudiyyətlərin qaldırılması, başqa sahələrlə bağlı fəaliyyət qadağalarının, Türk işçilərinə olan qadağanın, viza məsələlərində, quru yolunda məhdudiyyətlərin aradan götürülməsi danışılacaq.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info