Loading...
Loading...
Texnologiya

Meta şirkəti VR və metakainat texnologiyalarının gələcəkdə necə olacaqlarını sərgiləyib (VİDEO)

    Meta şirkəti VR texnologiyaların gələcəkdə necə olacaqları barəsində konseptual videonu təqdim edib. 30 saniyəlik videoda VR və metakainat texnologiyalarının istifadəçilərə təqdim edəcəkləri geniş imkanlar sərgilənib. Maraqlısı ondadır ki, təqdim edilmiş bu videoda şirkətin həmçinin gələcək VR cihazları necə təsəvvür etdiyi də əks olunub. Beləliklə 30 saniyəlik videoda şirkət virtual reallıqdakı metakainatın adi reallıqdan fərqlənmədiyi zamanı təsəvvür edir. Məsələn mühazirədə iştirak edən tələbələr virtual auditoriyada yerləşirlər. Mühazirəni aparan şəxs isə yazı taxtası əvəzinə üçölçülü obyektlərdən istifadə edir.

    Digər misalda tibbi təcrübəçi əməliyyatdan öncə xüsusi virtual reallıq cihazından və barmaq ucları üçün nəzərdə tutulmuş sensorlardan istifadə edərək virtual pasient üzərində testdən keçir. Bu halda barmaq ucları üçün nəzərdə tutulmuş xüsusi sensorlar yüksək dəqiqliyi və taktil geridönüşü təmin etməlidirlər. Digər bir misalda isə insanlar canlanmış muzey eksponatları ilə tanış ola, tarixi şəxsiyyətlərlə ünsiyyət qura və müxtəlif tarixi hadisələrdə iştirak edə bilərlər. Sərgilənmiş bu imkanlar hələ ki, çox uzaq gələcək üçün nəzərdə tutulmuş perspektiv imkanlardır. Bundan əlavə olaraq nəticədə insanların virtual reallığa adi reallıqdan daha çox üstünlük verəcəkləri də dəqiq deyil. Bununla belə Meta şirkəti VR texnologiyalar ilə metakainatın gələcəyini məhz bu cür görür.

Gözdən qaçırmayın:  Naqilsiz şarj texnologiyalı avtomobil yolu öz effektivliyini sərgiləyib (VİDEO)

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button