Loading...
Loading...
Gündəm

Meyxanaçı: “Rövşən Lənkəranski xalqımızın tanınmış oğludur”

nnMeyxanaçı Nicat Mənalı da Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara məxsus restoranda iş adamının 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirə xüsusi təyinatlıların müdaxiləsinə münasibət bildirib.

Qafqazinfo-ya meyxanaçının adından daxil olan məlumatda qeyd edilir ki, RFTX əməkdaşları onları şifahi dindiriblər sənətçi olduqlarına əmin olduqdan sonra heç bir müdaxilə etməyiblər:

“Bizi sorğu-sual etdilər. Sənətçi olduğumuzu məclisdə qonaq qismində iştirak etdiyimizi bildikdən sonra sərbəst buraxdılar. Bizə hörmətlə yanaşdılar. Onlar bizə aidiyyatı olmayan başqa iş üçün gəlmişdilər. İşlərini gördülər çıxıb getdilər”.

Nicat Lənkəranski ilə dostluq münasibətlərinə də aydınlıq gətirib:

“Rövşən Lənkəranskini xalqımızın tanınmış oğludur. Onu Rusiyada yaşayan azərbaycanlılara dəstək olan insan kimi tanıyıram. Ona görə də Rövşən üçün qəlbimdən gələn “Oğru Rövşən” adlı mahnı da bəstələmişəm.

Hansısa tanınmış avtoritetin məclisi olduğunu bilmirdim belə bir hadisənin baş verəcəyini gözləmirdim. Dəvət almışdıq, məclisə qatılmışdıq. Təsadüfən belə bir hadisə baş verdi”.

Qeyd edək ki, hadisə barədə Rusiyanın xəbər agentlikləri də məlumat yayıb. Lakin bu məlumatlarda polisin kriminal avtoritetlərin yığıncağına müdaxilə etdiyi iddia olunur. Xüsusi əməliyyata Federal Təhlükəsizik Xidmətinin əməkdaşları da cəlb edilib. Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildiriblər ki, əməliyyat zamanı hadisə yerində narkotikə oxşayan maddə, habelə bıçaq dəyənək aşkarlanıb.

Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını – Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub.

rasimə regionun kriminal avtoritetlərinin toplaşdığı bildirilir bu sırada Perveuralskdan gəlmiş Əli adlı “qanuni oğru”, Vaqif (Kamışlovo), “Yuqra Cavanşir” digər avtoritetlərin adı çəkilir. A. Ağayev ad gününü təntənəli keçirmək üçün Bakıdan da qonaqlar dəvət edib. Ehtiram İntiqam Rüstəmov qardaşlarından başqa, Aqşin, Nicat Mənalı kimi meyxanaçılar, habelə “Oqni Baku” qrupu da dəvətli olub.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun