2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Millət vəkili Makedoniya və Bolqarıstanın Türk kökənli siyasətçiləri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Makedoniya və Bolqarıstanın Türk kökənli siyasətçilərini Qarabağ həqiqətlərinin yayılmasında səylərini daha da artırmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim, Makedoniya siyasətində aktiv rol oynayan TMBH Genel Başkanı Erdoğan Saraç və Bolqarıstanı Avropa Parlamentində təmsil edən millət vəkili İlhan Küçüklə görüşüb. Görüş və fikir mübadiləsi zamanı millət vəkili Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Azərbaycanı çox sevdiklərini deyən Makedoniya Türk Hərəkat Partiyasınınüzvü, millət vəkili Enes İbrahim, Makedoniya TMBH Genel Başkanı Erdoğan Saraç və Bolqarıstanın Avropa Parlamentində təmsil edən millət vəkili İlhan KüçükAzərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Onlar həmçinin Azərbaycanın da Makedoniya və Bolqarıstanda yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Görüşün sonunda Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim,Makedoniya siyasətində aktiv rol oynayan TMBH Genel Başkanı Erdoğan Saraça, Bolqarıstanın Avropa Parlamentində təmsil edən millət vəkili İlhan Küçükə Azərbaycan həqiqətləri ilə bağlı materialları təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button