Gündəm
Milli Məclis “Terrorçuluğun qarşısının alınması haqqında” Avropa Konvensiyasına Əlavə Protokolu təsdiq edib
Bakı/30.12.23/Turan: Dekabrın 30-da Milli Məclis Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokolu təsdiq edib. Bu sənəd 22 oktyabr 2015-ci il tarixində Riqada imzalanıb.
Sənəddə terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən söhbət gedir. Xüsusən, terror məqsədilə xaricə gedən şəxslər haqqında operativ məlumat mübadiləsi üçün əlaqə məntəqələrinin yaradılması nəzərdə tutulub. 06В