Siyasət
Milli Məclisin deputatı Kot-d-İvuara səfər edəcək
![Milli Məclisin deputatı Kot-d-İvuara səfər edəcək](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Milli-Məclisin-deputati-Kot-d-Ivuara-səfər-edəcək-780x452.jpg)
Milli Məclisin (MM) deputatı Ceyhun Məmmədov Kot-d-İvuara səfər edəcək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının tədbirində iştirak edəcək.
Bu barədə “Report”a MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Belə ki, C.Məmmədov iyulun 15-də Kot-d-İvuar Respublikasının Abican səhərinə səfər edəcək. Səfər çərçivəsində millət vəkili iyulun 17-18-də burada keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 49-cu İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. Səfər iyulun 18-də başa çatacaq.
Mənbə:Report