2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Misirdə sirli xəstəlik panikası

2023-07-19 08:00:29

Rusiya Səhiyyə orqanı Rospotrebnadzor, naməlum xəstəliyin ortaya çıxmasından sonra Misirdən uçuşlar üçün təhlükəsizlik protokollarının sərtləşdirildiyini açıqladı. Rusiyanın TASS dövlət xəbər agentliyinin yaydığı açıqlamada Misirdən gələn sərnişinlərə karantin də daxil olmaqla əlavə yoxlamaların tətbiq ediləcəyi qeyd edilib. Açıqlamada xəstəliyin əlamətlərinin “denq qızdırması”na bənzədiyinə dair məlumatlar da yer alıb. Rusiya hakimiyyəti Misir rəsmiləri ilə əlaqə saxlayıb və xəstəliyin dəqiq növünü və lazımi ehtiyat tədbirlərini müəyyən etmək üçün məlumat istəyib. Bu ölkə rus turistlərin Türkiyədən sonra ikinci ən populyar istirahət məkanıdır. “Denq qızdırması” müəyyən bir ağcaqanadın dişləməsi ilə ötürülür. Xəstəlik insandan insana keçmir, onu yalnız ağcaqanadlar daşıya bilər.

Saytların yığılması Saytlarin yigilmasi

TURİZMƏ ZƏRBƏ

“Dənq qızdırması”na bənzər xəstəliyin təsirli olduğu Misir, rus turistlərin Türkiyədən sonra ikinci ən populyar istirahət məkanıdır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button