Loading...
Loading...
Xəbərlər

MN: Azərbaycan ordusunun mövqeləri 19 dəfə atəşə tutulub

Azərbaycanın Müdafiə Nazirliyi ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin ümumilikdə 19 dəfə atəşə tutulduğunu bildirir.

Nazirliyin sentyabrın 3-də yaydığı məlumatda qeyd olunur ki, Ermənistan tərəfdən Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 16 dəfə atəşə tutulub.

Məlumatda digər 3 hadisənin isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən açıldığı bildirilir.

“Digər 3 hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla qeydə alınıb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb-Müdafiə Nazirliyinin məlumatında deyilir.

Hələki Ermənistan tərəfindən bu məlumata hər hansı münasibət bildirilməyib.

Sentyabrın 2-də hər iki etərəf-həm Azəbaycan həm də Ermənistan mövqelərinin atəşə tutulduğu barədə məlumat yayıblar. Azərbaycan Müdafiə nazirliyi Ermənistanla sərhəddəki mövqelərə təminat daşıyan iki yük maşınının atəşə tutulması ilə bağlı məlumat və foto paylaşıb.

Həmin fotolarda “Kamaz” markalı hərbi maşınların yan və qarşı şüşələrində və daha bir neçə yerində güllə izləri görünür.

Ermənistanın Müdafiə nazirliyi Azərbaycan tərəfinin yaydığı bu məlumatı dezinformasiya adlandırıb, əksinə Azərbaycan ordusunun Ermənistan Müdafiə nazirliyinə məxsus maşınlara atəş açdığını bildirib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan Ermənistan rəsmisinin Xankəndi səfərinə etiraz edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button