Xəbərlər

MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutublub

Azərbaycanın Müdafə Nazirliyi oktyabrın 9-u səhər saatlarında Ermənistan tərəfindən atəşkəsin pozulduğunu bildirir.

Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi istiqamətlərindəki Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Məlumatda oktyabrın 8-i axşam saatlarından Ermənistan tərəfdən Azərbaycan ordusunun Kəlbəcərdəki mövqelərinin də atəşə tutulduğunu bildirir.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”-Müdafiə Nazirliyi bildirir.

Ermənistanın Müdafiə Nazirliyi də atəşkəs pozuntusunda Azərbaycanı ittiham edir. Nazirliyin yaydığı məlumatda qeyd edilir ki, oktyabrın 8-i axşam saatlarında Azərbaycan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədinin şərq istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı tüfənglərdən atəşə tutub.

44 günlük ikinci Qarabağ müharibəsindən sonra sentyabrın 12-13-də iki ölkənin sərhəddində hər iki tərfədən 10-larla hərbçinin ölümü və yaralanması ilə nəticələnən silahlı toqquşma olub. Bu toqquşma da da tərəflər bir-birini ittiham ediblər, atəşkəsin ilk pozulmasının günahını bir-birinin ütünə atıblar.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Bayden marixuana saxlamağa ittihamıyla məhkum olunanları əfv edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button