2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Moldova prezidenti Moskva ilə yaxınlaşır, baş nazir onu tənqid edir

Moldova prezidenti İqor Dodon Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlıq memorandumu imzalayıb.

Moskva ilə daha yaxın münasibətlərə can atan prezident Dodon hakimiyyətə gələndən bəri ölkənin NATO ilə əməkdaşlıqda lüzum görmədiyini dəfələrlə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosu xəbər verir ki, əməkdaşlıq sənədini aprelin 3-də Aİİ-nin tərəfindən Tiqran Sarkisyan imzalayıb.

Dodon imzalama mərasimində etdiyi çıxışda deyib ki, bu razılaşma “Qərblə Şərq arasındakı iqtisadi əməkdaşlıqda balans yaradacaq”.

Bununla yanaşı, Dodon deyib ki, sözü gedən sənəd ratifikasiya üçün ölkə parlamentinə təqdim olunmayacaq, beləki, bu memorandum beynəlxalq saziş deyil və tərəflər qarşısında beynəlxalq qanunlarla tənzimlənən hüquq və öhdəliklər qoymur.

Baş nazir pul verməyəcək

Buna baxmayaraq, Moldovanın baş naziri Pavel Filip bu memorandumun imzalanmasını kəskin tənqid edib və deyib ki, sənəd Moldovanın Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığına əngəl yaradacaq.

Moldovanın baş naziri Pavel Filip prezidentin Moskva ilə yaxınlaşmasını tənqid edib

Moldovanın baş naziri Pavel Filip prezidentin Moskva ilə yaxınlaşmasını tənqid edib

Filip aprelin 3-də jurnalistlərə deyib ki, Dodon 2016-cı ilin iyulundan qüvvəyə minmiş Assosiasiya Sazişi ilə “şəxsi qərəzlərini” davam etdirir.

O bildirib ki, bu hadisə ölkədə siyasi qarşıdurmaya səbəb olacaq və yalnız Dodonun özünüreklamına xidmət edəcək.

Filip hələ ötən həftə bəyan etmişdi ki, memorandumun “hüquqi qüvvəsi olmayacaq” və Moldova hökuməti bu memorandumdan doğan heç bir tədbir üçün pul ayırmayacaq.

Hazırda Rusiyadan başqa Aİİ-yə Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir.

Rusiya prezidenti Vladimir Putin Aİİ-dən keçmiş sovet respublikaları üzərində Moskvanın təsirini saxlamaq və bu ölkələrin Aİ və NATO ilə yaxınlaşmasının qarşısını almaq üçün istifadə edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button