2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskva Putinin Ermənistanda həbs olunmaması üçün Yerevandan qarantiya istəyir

Moskva Putinin Ermənistanda həbs olunmaması üçün Yerevandan qarantiya istəyir.

Gununsesi.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov fevralın 12-də prezident Vladimir Putinin Ermənistana mümkün səfəri və orada mümkün həbsi məsələsinə toxunub.

Peskov TASS xəbər agentliyinin sualına cavab verərkən deyib ki, Ermənistan ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasına qoşulduqdan sonra Putinin ora səfər edə bilməsi üçün Moskvaya qarantiyalar verməlidir:

Saytların yığılması Saytlarin yigilmasi

“Biz artıq demişdik ki, yeni reallıq, Ermənistanın bu beynəlxalq quruma qoşulması bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Əlbəttə burada bizim erməni həmkarlarımızdan müəyyən zəmanətlər almağımız vacidbidr. Bu məsələ ikitərəfli dialoqda həllini tapmalıdır. Biz buna hazırıq”.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinin mümükün həbsi barədə sualın cavabında demişdi ki, “o Putin də daxil, bu və ya digər şəxsin həbsi məsələsinə baxmır”.

Ermənistan Haaqa məhkəməsinin yurisdiksiyasını ehtiva edən Roma əhdnaməsini 2023-cü ilin oktaybrında ratifikasiya edib.

Sənəd fevralın 1-də qüvvəyə minib.

Haaqa məhkəməsi 2023-cü ilin martında Ukrayna uşaqlarının Rusiyaya qanunsuz deportasiyasına görə prezident Vladimir Putin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova barəsində həbs orderi verib.

Bu isə o deməkdir ki, BCM-in yurisdiksiyasına daxil ölkələr, o cümlədən Ermənistan onları öz ərazisində həbs etmək öhdəliyinə malikdir.

 

Rusiya Xariuci İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Ermənistan Roma statutunu “sırf siyasi” motivlə imzalayıb.

 

Yerevan isə bildirir ki, ölkənin Haaqa tribunalına qoşulması Azərbaycanın 2022-ci ilin sentyabrında Ermənistana qarşı “genişmiqyaslı təcavüzü” ilə bağlıdır.

 

Ermənistan rəsmiləri bildirirlər ki, ölkənin Haaqa məhkəməsinə üzvlüyü ona həmin quruma Azərbaycandan rəsmi şikayət etmək hüququ verir.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button