2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Moskva sülhməramlıların Qarabağda qalması məsələsini Bakı ilə həll edir – RF XİN

Bakı/30.12.23/Turan: Qarabağda antiterror əməliyyatından sonra Moskva sülhməramlıların regionda qalması ilə bağlı bütün məsələləri müstəsna olaraq Azərbaycan tərəfi ilə nəzərdən keçirir. RİA-Novosti-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

O qeyd edib ki, “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsasən, sülhməramlılar 2025-ci ilin noyabrına qədər regionda olacaqlar, bu müddət uzadıla bilər”.

Onun sözlərinə görə, “sentyabrda Azərbaycanın antiterror tədbirləri həyata keçirməsindən sonra regionda vəziyyətin dəyişməsinə baxmayaraq, razılaşma qüvvədə qalır”. 

Saytların yığılması Saytlarin yigilmasi

“Bu sənədi heç kim ləğv etməyib”, deyə rusiyalı diplomat əlavə edib. 

Qaluzin vurğulayıb ki, indi RF “sülhməramlıların Qarabağda qalması ilə bağlı bütün məsələləri müstəsna olaraq Azərbaycanla nəzərdən keçirir”. 

Xatırladaq ki, dekabrın 28-də Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında qeyd edib ki, üçtərəfli bəyanatda “sülhməramlıların 2025-ci ilə qədər Qarabağda qalması nəzərdə tutulub”. 06В

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button