2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

‘Moskviç 401’, ‘QAZ-24’, ‘Jaguar’… Eldar Mahmudovun əmisi oğlunun maşın kolleksiyası

Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat nəticəsində həbs olunan vəzifəlilərdən biri də ovaxtkı nazir Eldar Mahmudovun əmisi oğlu və köməkçisi Vüqar Mahmudov olmuşdu. Polkovnik-leytenant rütbəsini daşıyan 1977-ci il təvəllüdlü Mahmudov həm də MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini idi.
MTN-in bir sıra generalları, polkovnikləri və digər zabitləri 2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan dərhal sonra həbs olunsa da, Vüqar Mahmudov iki il sonra – 2017-ci il noyabrın 3-də məsuliyyətə cəlb edilmişdi. O, iki il həbsdə saxlandıqdan sonra – 2019-cu il noyabrın 28-də Bakı Hərbi Məhkəməsindən azadlığa buraxıldı.
Sabiq nazirin qohumu və köməkçisi əməliyyat tədbirlərinə, agentlərə və s. büdcədən ayrılan vəsaitləri mənimsəmə, bir sıra iş adamları və başqa şəxsləri heç bir əsas olmadan MTN-ə gətirdib zorla onların özləri və ya yaxınlarının pulunu, əmlaklarını ələ keçirmə kimi əməllərdə suçlanırdı. Bakı Hərbi Məhkəməsi onunla bağlı hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla-əldə olunmuş pul və əmlakların leqallaşdırılması kimi ittihamlara xitam verdi. Polkovnik Mahmudov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinsə də, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub və hökm oxunan günə qədər həbsdə qaldığı 2 il 25 günlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün elanından dərhal sonra da məhkəmə zalından azad edilib.
Mahmudovun həbsindən sonra onun özünə və ailə üzvlərinə məxsus onlarla daşınar və daşınmaz əmlakın, banklarda olan pulların üstünə həbs qoyulmuşdu. Məhkəmə onların da müsadirəsinə qərar vermişdi. Əmlakların siyahısına baxanda görünür ki, sabiq MTN polkovnikinin maşın kolleksiyası varmış. O, həm son model bahalı avtomobillərin, həm də qədimi – 50-60 yaşı olan maşınların sahibi olub. Məsələn:
1955-ci il buraxılışlı “Moskviç 401”
1971-ci il buraxılışlı “QAZ-2410”
1987-ci il buraxılışlı “QAZ-2410”
1987-ci il buraxılışlı “QAZ-2410”
1988-ci il buraxılışlı “QAZ-2410”
1991-ci il buraxılışlı “QAZ-2410”
1992-ci il buraxılışlı “QAZ-2410”
1994-cü il buraxılışlı “QAZ-3102”
2013-cü il buraxılışlı “Citroen C4”
2014-cü il buraxılışlı “Mercedes Benz E-350”
2014-cü il buraxılışlı “Toyota Camry”
2015-ci il buraxılışlı “Citroen C4 Picasso”
2015-ci il buraxılışlı “Jaguar XJ”.
Çoxsaylı evlər, torpaq sahələri…
Avtomobillərdən əlavə, çoxsaylı evlər, torpaq sahələri də müsadirə olunub. Onların arasında Buzovna və Xocasən qəsəbələrində yerləşən ev, paytaxtın mərkəzində – Bülbül prospektində və Həsənbəy Zərdabi küçəsində mənzillər, Səbail rayonunda torpaq sahəsi də olub. Həmçinin müxtəlif banklarda Mahmudovun adına olan və dollar hesabında depozitdə saxlanılan 120 min dollara yaxın vəsaitin də dövlət nəfinə keçirilməsinə qərar verilib.
Cinayət işinin materiallarından məlum olur ki, sabiq nazirin köməkçisi və əmisi oğlu saxlanılanda təkcə “Montblanc” markalı əl çantasında 2 min dollar və 2 min 900 manat pul olub. Həmin vəsaitlər də müsadirə edilib.

24 saat” “
‘Moskviç 401’, ‘QAZ-24’, ‘Jaguar’… Eldar Mahmudovun əmisi oğlunun maşın kolleksiyası
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button