2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Mövsüm Səmədov: “Bunlar bizə nə etmək istəyirlər?”

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov Qobustan həbsxanasında saxlanma şəraitindən narazıdır. Bu haqda o, sentyabrın 22-də həbsxanada vəkili Yalçın İmanovla görüşərkən bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İlahiyyatçı vəkilinə deyib ki, iyulu 21-də Qobustan həbsxanasına gətiriləndən gündən bəri ona ərzaq bağlaması, ailə üzvləri ilə görüş və telefonla danışmaq hüququ verilmir.

Qobustan həbsxanasında dözülməz vəziyyət

M.Səmədov, təxminən 6 kvadrat metrlik kamerada başqa bir məhkumla antisanitariya şəraitində saxlandığını, kameranın saxlanma normalarına və gigiyena tələblərinə cavab vermədiyini, döşəmə və tavanın beton olduğunu, kameranın içində yarıaçıq tualet olduğunu bildirir: “Mənə ərzaq bağlaması, pul verilməsinə qadağa qoyulsa da, burdakı təminatlar da çox pis səviyyədədir. Həbsxananın yeməkləri yeyiləsi deyil. Səhər manna, günorta makaron şorbası, axşam da perlova verilir. Buranın suyu içiləsi deyil, qablara yığıb saxlayırıq ki, lil dibinə çöksün, içə bilək. Əl sabununu iki dəfə yumalısan ki, sabunun çirki təmizlənsin. Özlərinin o kamerada bir saat oturmağa gücləri çatmaz, özlərinin biri də o yeməklərdən yeməz”.

M.Səmədov növbəti dəfə həbsxanada su problemindən şikayətlənib: “Tualetə iki qab su tökə bilmirik. Bunlar bizə nə etmək istəyirlər? Bu rəftara nə ad vermək olar?”

Qanun deyir ki…

Yalçın İmanov “Azadliq.info”ya açıqlamasında bildirib ki, M.Səmədov həbsxanaya gətirildikdən sonra ona 6 aylıq ciddi saxlanma rejimi tətbiq edilib. Cəzaların İcrası Məcəlləsinə görə, həbsxanada ciddi saxlanma şəraitində olma müddəti iki aydan altı ayadək müəyyən olunur. Qanunvericliyə əsasən, ciddi saxlanma şəraitində olan məhkumlar üçün bağlama, sovqat və ya banderol almaq, yaxınları ilə görüş hüququ məhdudlaşdırılır.

“Səmədova qanunda nəzərdə tutulmuş maksimum 6 aylıq ciddi saxlanma rejiminin tətbiqi ona münasibətin qərəzli olduğunu bir daha təsdiq edir”, – deyə vəkil bildirib.

Müdafiəçi xatırladır ki, Azərbaycanın da qəbul etdiyi Avropa Penitensiar Qaydalarına görə, azadlıqdan məhrumetmə yerlərində həyat, imkan daxilində cəmiyyətdəki həyatın müsbət cəhətlərinə yaxın olmalıdır. Penitensiar müəssisənin bütün ərazisi daim təmiz və səliqəli saxlanılmalıdır. Məhbusların penitensiar müəssisəyə qəbulu zamanı onların yerləşdirildikləri kameralar və digər otaqlar təmiz olmalıdır. Qaydalara əsasən, məhbuslar maneəsiz, gigiyena qaydalarına uyğun və təklikdə qalmağa imkan verən sanitar qovşağlından istifadə etmək imkanına malik olmalıdırlar. Məhbuslar onların yaşı, səhhəti, dini, mədəniyyəti və işin xarakteri nəzərə alınmaqla kompleks yeməklə təmin edilirlər. Yemək minimal kolorililik və zülallar tələblərinə cavab verməlidir, sanitar-gigiyenik tələblərə uyğun hazırlanmalıdır, məhbusların təmiz içməli sudan daima istifadə etmək imkanları olmalıdır.

Bundan əlavə, Cəzaların İcrası Məcəlləsinə görə, məhkum olunmuş şəxslər cəzaçəkməəssisələrində sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məət şəraiti ilə təmin olunmalıdır: “Cəzaçəkməəssisələrində, tərbiyəəssisələrində və həbsxanalarda hər məhkum üçün yaşayış sahəsinin norması dörd kvadrat metrdən, müalicəəssisələrində isə beş kvadrat metrdən az ola bilməz. Məcəllənin tələbinə əsasən, məhkumlar gün ərzində orqanizmin normal fəaliyyətini təmin edən üç dəfə yeməklə dövlət hesabına təmin olunmalıdır”.

Azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button