2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə Nazirliyində Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Aprelin 2-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Türkiyənin müdafiə sənayesi komitəsinin sədri Haluk Görgün hərbi-sənaye kompleksi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Həsənov Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.

Öz növbəsində, Haluk Görgün dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə Türkiyənin aparıcı hərbi-sənaye şirkətlərinin rəhbərləri də iştirak edib, onlarla hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button