Loading...
Loading...
SosialXəbərlər

“Müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək”

Əli Məsimli: “Problemli kredit məbləği, banklar, Mərkəzi Bank, hökumət və vətəndaşlar arasında bölüşdürülməlidir”

“Artıq əksər əmanətçilər əmanətlərini banklardan geri çəkirlər. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, bank sektoruna növbəti böyük zərbə olar”.
Bunu parlamentin iclasında iqtisadçı-deputat Vahid Əhmədov deyib. O bildirib ki, əmanətlərin tam sığortalanması ilə bağlı 3 illik müddət mart ayında başa çatır. Buna görə də, əmanətçilər sığortlanmadığı halda, əmanətlərini banklarda saxlamaq istəmirlər.

Deputat 2016-cı ildən tətbiq edilməyə başlanan “Əmanətlərin tam sığortlanması haqqında” qanunun vaxtının uzadılmasını təklif edib:

“Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək”.

Əli Məsimli: Problemli kreditlərin həcmi kritik həddən bir neçə dəfə artıqdır

Deputat Əli Məsimli isə bildirib ki, Azərbaycanda problemli kredit portfeli 14 faizə yaxınlaşır. Onun sözlərinə görə, başqa ölkələrdə problemli kreditlərin faizi 3-5 faizə çatanda hökumət hərəkətə keçir:

“Yəni bizdə problemli kreditlərin həcmi kritik həddən bir neçə dəfə artıqdır. Hazırda 300-400 manat maaş alan vətəndaşlar artıq maaşının yarıdan çoxunu kreditləri ödəməyə sərf edir. Yerdə qalan məbləğ isə yaşayış minimumunu ödənmir”.

Deputat vurğulayıb ki, hamı problemin həllini bir-birindən gözləyir:

“İndiki şəraitdə vətəndaşlar hesab edir ki, bunu bank həll etməlidir. Bank isə hökumətin məsələni həll edəcəyini gözləyir. Bəziləri hesab edir ki, bu problemi hökumət yaradıbsa, hökumət də həll etməlidir. Amma biz problemli məbləğin dövlətin, bankların, Mərkəzi Bankın və əhalinin bölüşdürülməsini təklif edirik. Bununla bağlı qanun layihəsi də hazırlamışıq. Bu, ədalətli olar və əhalinin vəziyyətin yaxşılaşmasına çox böyük təkan olar”.

Yoxlamaların dayandırılmasından sui-istifadə edənlər var

Ə.Məsimli deyib ki, son üç il ərzində sahibkarlıq sahəsində yoxlamaların dayandırılması yoxlamaların sayını min dəfə azaldıb. O bunu müsbət qiymətləndirsə də, bundan sui-istifadə edənlıər də olduğunu deyib:

“Keyfiyyətsiz məhsullarla Azərbaycanı poliqona çevirmək istəyənlər mövcuddur. Ona görə də qida təhlükəsizliyinə dair qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik edilməsini vacib hesab edirəm”.

Maraqlı xəbərlər üçün Az24saat.org saytının FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button