2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Müharibədə bir ilk… Putin risk etdi! Yeni silah Ukraynada gizli saxlanılır

2023-04-25 14:31:05

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı aylardır Ukraynadan gələn xəbərlərdədir…

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ilin fevralında Rusiya prezidenti Putinin verdiyi sərəncamla başlayan qanlı müharibə hələ də ölümlə davam edir.

Baxmut Rusiyanın Soledarı vurması ilə yeni mərhələyə qədəm qoyan müharibənin son ünvanıdır.

Rusiya Ukraynanın şərqdəki “son qalası” olan Baxmutu ələ keçirmək üçün var gücü ilə hücuma keçərkən Rusiyadan ani bir hərəkət gəldi.

Əl-Cəzirədə yer alan xəbərə görə, Rusiyanın yeni T-14 Armata döyüş tankı Ukraynada istifadə olunmağa başlayıb.

Rusiya Ukraynanın mövqelərini atəşə tutmaq üçün yeni T-14 Armata döyüş tanklarından istifadə etməyə başlayıb.

Eyni xəbərdə tankların hələ də birbaşa hücum əməliyyatlarında iştirak etmədiyi bildirilib.

class=”medianet-inline-adv”>

T-14 ilk dəfə 2015-ci ildə təqdim edilib. Rusiya mətbuatının yazdığına görə, Kreml 2020-ci ilə qədər 2300 tank istehsal etməyi əmr edib, lakin sonradan bu, 2025-ci ilə qədər uzadılıb.

Agentlik tankların maksimal sürətinin saatda 80 kilometr olduğunu bildirib.

KƏŞFİYAT HESABATI: RİSKLİ

Yanvarda Britaniya hərbi kəşfiyyatı bildirmişdi ki, Ukraynadakı Rusiya qüvvələri “zəif vəziyyətdə” olduqlarına görə tankların ilk tranşını qəbul etmək istəmirlər.

Bundan əlavə, T-14-ün müharibədə iştirakının Rusiya üçün böyük ehtimalla “yüksək riskli bir qərar” olacağı və bunun ilk növbədə təbliğat məqsədi ilə alındığı vurğulanıb.

UKRAYNA DNEPRO ÇAYINI KEÇİR

Hərbi analitiklərin fikrincə, Ukrayna ordusu işğal başlayandan bəri ilk dəfə Dnepr çayını keçərkən, əsgərlər Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində əks-hücumlara başlamaq üçün mövqe tutublar.

Ukraynanın çayın şərq sahilinə doğru irəliləməsi ilə bağlı iddialar Rusiyanın Xerson vilayətində qoşunların qismən çıxarılması xəbərindən bir neçə gün sonra ortaya çıxdı.

ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutunun analitikləri bildiriblər ki, rusiyalı hərbi bloqçuların şəkilləri çayın cənubunda “Ukrayna mövqelərinin ilk etibarlı geolokasiya şəklini” təqdim edir.

“Ukraynanın bu mövqelərinin əhatə dairəsi və məqsədi, Ukraynanın bu sahədə daimi mövqelərini saxlamaq qabiliyyəti və istəyi müəmmalı olaraq qalır”, – bəyanatda deyilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button