2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Muxtarlının oğurlanması Gürcüstanın xeyli uğurunu heçə çıxartdı

Gürcüstanın Ombudsmanı Əfqan Muxtarlının oğurlanmasını ölkəsi üçün son illərin ən pis hadisəsi adlandırıb.
Uça Nanuaşvili bildirib ki, jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanaraq Bakıda peyda olması ölkədə bir çox məsələni, o cümlədən insanların təhlükəsizliyini sual altına qoydu.
“Növbədə kimin olduğunu bilmirik. Çünki çoxdandı Gürcüstanda belə faktlar olmayıb. Burda söhbər öz ölkəsində təqib edilən qaçqın jurnalistdən gedir. Belə vəziyyətdə bütün dünya ona dəstək olur. Dünyada cəmi neçə presedent xatırlayıram ki, jurnalist yaxud hüquq müdafiəçisi ölkəsinə təhvil verilir. Bunun Gürcüstanda baş verməsi ikiqat kədərlidir”, – deyə ombudsman vurğulayıb.
Nanuaşvilinin sözlərinə görə, bu fakt ölkənin əldə etdiyi bir çox nailiyyətin üstündən xətt çəkdi. O, Gürcüstanda insan haqlarının pozulması faktına görə beynəlxalq təşkilatların sonuncu dəfə nə vaxt belə səfərbər olduğunu xatırlamadığını deyib.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button