Cəmiyyət
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və digər vəzifələrə təyinat olub
Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, nazir Əbülfəs Qarayevun müvafiq əmrinə əsasən, Fikrət Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.
Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova həvalə edilib.
APA