Loading...
Loading...
Texnologiya

Naqilsiz şarj texnologiyalı avtomobil yolu öz effektivliyini sərgiləyib (VİDEO)

    Fiat, Chrysler, Dodge, Jeep, Opel, Peugeot, Maserati və s. brendlərin sahibi olan Stellantis şirkəti özünün yol örtüyünə inteqrasiya edilə bilən dinamik naqilsiz şarj texnologiyasını (DWTP) uğurla test edib. Belə ki, elektromobillər üçün nəzərdə tutulmuş sözügedən texnologiyanın test olunması üçün şirkət xüsusi test yolunu inşa edib. Elektromobillər sözügedən yol ilə hərəkət edən zaman daimi şarj prosesində olacaqlar. Şirkət mühəndisləri dairəvi yolun bir hissəsinin altına yastı induksiya bobinləri yerləşdiriblər və daha sonra onları elektrik şəbəkəsinə qoşublar. Daha sonra isə həmin induksiya bobinlərinin üzərlərinə yenidən asfalt çəkiblər.

    İnduksiya bobinlərinin aktivləşdirilməsindən sonra xüsusi qəbulediciyə sahib elektromobillər həmin yol üzərində hərəkət zamanı enerji əldə edə biliblər. Stellantis şirkətinin verdiyi məlumata əsasən effektivliyinə görə DWTP texnologiyası sürətl şarj stansiyasına bənzəyir. Bu texnologiyanın əsasında istifadə edilən maqnit sahələri isə sürücülərə, sərnişinlərə və piyadalara heç bir mənfi təsir göstərmir. Məlumatda qeyd edilib ki, DWTP texnologiyası nisbətən daha nazik və kompakt naqillərdən istifadə edə və bərpa olunan enerji mənbələrinə birbaşa qoşula bilər. Del Futuro adlı xüsusi test yolunun uzunluğu 1050 metr təşkil edir. Bu test yolu bir sıra perspektivli nəqliyyat texnologiyasının testi üçün inşa edilib.

24 saat” “Naqilsiz şarj texnologiyalı avtomobil yolu öz effektivliyini sərgiləyib (VİDEO)” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Aylıq ödənişli Telegram premium istifadəyə verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button