2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

NASA görüntüləri dərc etdi: Rusiyanın kosmik gəmisi Ayın səthinə çırpılıb diametri 10 metr olan krater yaradıb.

class=”mediyanet-inline-adv”>

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Aya düşən Rusiyanın Luna-25 kosmik gəmisinin Ayın səthində krater yarada biləcəyini açıqlayıb.

NASA-nın LRO kosmik gəmisi Ay orbitində müşahidə apararaq, Ayın səthində, kosmik gəminin enişi planlaşdırılan nöqtədən təxminən 400 kilometr uzaqlıqda diametri 10 metr olan yeni kraterin görüntüsünü çəkib. NASA Ay səthində eyni nöqtələrdən çəkilmiş 27 iyun 2020-ci il və 24 avqust 2023-cü il tarixli fotoşəkilləri dərc edərək fərqi üzə çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

NASA-nın açıqlamasına görə, yeni kraterin Luna-25-in zərbə nöqtəsinə yaxın olması səbəbindən təbii təsir deyil, kosmik gəminin zərbəsi nəticəsində əmələ gəldiyi təxmin edilir.

Rusiyanın 47 ildən sonra Aya göndərdiyi ilk kosmik gəmi olan Luna-25 avqustun 19-da idarəetmədən çıxaraq Ayın səthinə çırpılıb. Moskva kosmik missiyanın uğursuzluğundan sonra qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiyanın yaradıldığını açıqlayıb.

2023-09-01 18:18:21

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button