Gündəm

Nazirlər gəmiyə hücumdan danışıblar


Bu gün yanvarın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Mevlüt Çavuşoğlu dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində gəmi heyətinin azərbaycanlı üzvünün ölümü ilə əlaqədar nazir Ceyhun Bayramova başsağlığı bildirib. Türkiyə xarici işlər naziri gəmi heyətinin axtarış-xilasetmə işlərinə başlanıldığını söyləyib”, məlumatda qeyd edilir

Açıqlamaya görə, Ceyhun Bayramov həmkarına təşəkkür edib və xilasetmə işlərinin tezliklə uğurla nəticələnməsini arzulayıb.

Habelə, gəmi heyətinin öldürülən üzvünün nəşinin vətəninə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin həyata keçiriləcəyi qeyd olunub:

“Nazirlər dəniz quldurlarının beynəlxalq hüquqa zidd əməllərini qəti şəkildə qınayıblar”

Xatırlatma

Yanvarın 23-də Nijeryanın Lagos şəhəri yaxınlığında dəniz quldurlarının

Türkiyəyə məxsus “Mozart” yük gəmisinə hücum etdikləri bildirilir.

Hücum nəticəsində 19 nəfərlik gəmi heyətindən 15 nəfərin girov götürüldüyü, bir Azərbaycan vətəndaşının qətlə yetrildiyi vurğulanır.

Gəmi heyətinin qalan 3 nəfərinin xilas olduğu açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button