2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Nazirlik: Azərbaycan iqtisadiyyatına investisiyalar gələn il 19% azalacaq

Azərbaycanda 2017-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 mlrd. manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.

Bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində bildirilir

Gələn il yatırılacaq investisiyaların 39,6%-i daxili, 60,4%-i isə xarici maliyyələşmə mənbələrinin payına düşür.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumi investisiyaların 5,6 mlrd. manatının qeyri-neft sektoruna, 9,7 mlrd. manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Gələn il qeyri-dövlət investisiyalarının 10,8 mlrd. manat olmaqla, ümumi investisiyaların 70,5%-ni, dövlət investisiyalarının isə 4,3 mlrd. manat olmaqla, ümumi investisiyaların 29,5%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-nin daxili, 42,2%-nin xarici investisiyaların payına düşəcəyi gözlənilir.

Bu il ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlətin ümumi investisiyaların strukturunda payının isə 41,5% və ya 7,9 mlrd. manat olacağı gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button