2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Nazirliyin vəzifəli şəxsi içkili halda saxlanıldı – Cəzalandırıldı

[

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.

Gununsesi.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Gununsesi.info 

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button