Loading...
Loading...
Siyasət

Necə etməli ki, nifrət çağırışları olmasın…

İyunun 14-də Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayaraq ölkədə təxribat meyllərinin artmasından narahatlığını ifadə edib. Bəyanatda qeyd edilir ki, “… ölkədəki ictimai sabitliyi, vətəndaş birliyini pozmaq niyyəti ilə nifrət çağırışlarının gündəmə gətirilməsi, məzhəblərarası təfriqə yaratmaq istiqamətində istər daxildə, istər ölkə xaricində məqsədyönlü təxribat meylləri müşahidə olunmaqdadır”.
Milli Məclisin deputatı Elman Nəsirov da bu məsələ ilə bağlı “Turan”a deyib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və bu ölkədə müxtəlif dinlərin daşıyıcıları bir ailə kimi yaşayır. Onun xatırlatmasına görə, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycan ictimai-siyasi sabitliyi möhkəm bir dövlətdir: “Səbəbi isə onunla bağlıdır ki, xalq-hakimiyyət birliyi var”.
Deputatın sözlərinə görə, prezident öz çıxışlarında başqa həqiqətləri də söyləyib ki, daxildən ölkədə heç bir təhlükə yoxdur: “Ancaq xaricdən bu təhlükələr var. Həm də dini radikalizmə söykənərək bunu həyata keçirmək üçün müəyyən yolların axtarışı istisna deyil”.
E.Nəsirovun fikrincə, ölkənin sürətli inkişafı, Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında cəbhədə qazandığı nailiyyət dünyada heç də hər kəsi sevindirmir: “Onlar cürbəcür ssenarilər hazırlayırlar, çalışırlar gənclərdən, dini məzhəb məsələsindən istifadə etsinlər və Azərbaycanda gərginlik yaratsınlar. Amma bu, mümkün olası məsələ deyil. Ünvanda çox yanılıblar”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra heç vaxt dini təriqətlər arasında ədavət olmayıb: “Amma İranın qatı şiə radikallığı, Səudiyyə Ərəbistanın vəhhabilik xəttini bura yeritməsi Azərbaycan müstəqillik qazanandan sonra kifayət qədər artıb”.
Ekspertin fikrincə, bu hal indi də müşahidə olunur: “Qarabağ müharibəsi ərəfəsində və getdiyi dövrdə məsələ bir az səngimişdi. İndi isə yenə artan xətlə gedir. Amma bütün bu məsələlər nəzarət altındadır. Azərbaycan xüsusi xidmət orqanları bu məsələlərə kifayət qədər həssas yanaşır. Burada nəzarət olunmasa, qarşıdurmalar yarada bilərlər”.
İ.İsmayıl qeyd edib ki, bu, siyasi prosesdir: “Din həmişə siyasətlə paralel şəkildə fəaliyyət göstərib. İndiki də proses siyasidir”.
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bəyanatı profilaktik xarakter daşıyır.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə hesab edir ki, QMİ-nin bəyanatı Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun aclıq aksiyası ilə bağlıdır: (T.Bağırov qətl və bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb. İttihamları qurama sayır) “Burada hökumət əslində problemin qaynağıdır. Hökumətin əlində olan repressiya maşını mövcud xoşagəlməz vəziyyətin səbəbkardır”.
Hüquq müdafiəçisinin qeyd etməsinə görə, T.Bağırov və onun tərəfdarları günlərdir ki, aclıq aksiyası keçirirlər. Onların bəziləri saxlanarkən pis rəftara məruz qaldıqlarını və bu şikayətlərin arşdırılmadığını açıqlayıblar.
Yazıda səslənən bəzi fikirlərə İran və Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliklərindən münasibət almaq mümkün olmayıb.

Gözdən qaçırmayın:  Şengen vizası ala bilməyən vətəndaş sayı üç dəfə artıb

Direct-ə keçid

270p | 5,4MB

360p | 7,1MB

576p | 14,3MB

Ləzgi məscidi: “Dövlət orqanları bizə təzyiq edir” (Arxiv. 2015)

24 saat” “
Necə etməli ki, nifrət çağırışları olmasın…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button