2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Neft üçün proqnoz – 90 dollar olacaq

“JPMorgan Chase & Co” bankının analitikləri “Brent” markalı neftin barrelinin 2023-cü il üçün orta qiymət proqnozunu əvvəllər gözlənilən 98 dollardan 90 dollara endirib. Həmçinin qiymət həddi mexanizmi qüvvəyə mindikdən sonra Rusiyanın neft hasilatında azalma gözlənildiyi bildirilib.

Bankın ekspertlərin fikrincə, Rusiyada neft hasilatı qiymət məhdudiyyəti ilə əlaqədar 2023-cü ilin birinci rübündə sutkada 500 min barrel azalacaq, ilin ikinci yarısında sutkalıq 10 milyon barrel səviyyəsində sabitləşəcək.

Avropa Birliyinin Rusiya neftinin qiymət tavanının bir barrel üçün 60 dollar səviyyəsində müəyyən edilməsi barədə qərarı dekabrın 5-də qüvvəyə minib. 2023-cü ilin əvvəlindən başlayaraq qiymət həddi mexanizmi bazarda baş verən dəyişikliklər nəzərə alınmaqla hər iki aydan bir nəzərdən keçiriləcək. Rusiya nefti və neft məhsullarına qiymət məhdudiyyəti orta bazar qiymətindən azı 5 faiz aşağı müəyyən ediləcək. Oxşar limit G7 ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ) və Avstraliya tərəfindən də tətbiq olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün Londonun “ICE Futures” birjasında keçirilən hərracın gedişində “Brent” markalı neftin fevral fyuçersləri 2,38 dollar (2,78 faiz) bahalaşaraq barreli 87,95 dollara satılıb.

The post Neft üçün proqnoz – 90 dollar olacaq appeared first on 24 saat.

“24 saat “Neft üçün proqnoz – 90 dollar olacaq” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button