Loading...
Loading...
İqtisadiyyat

Neftin qiyməti may ayının minimumuna gerilədi

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri may ayından bəri müşahidə olunan ən aşağı səviyyəyə çatıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti FED protokolunun oxunması və benzin ehtiyatlarının gözlənilmədən artmasından sonra may ayının minimumuna geriləyib.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) ötən bir həftə ərzində ümumilikdə 7%-ə yaxın ucuzlaşdıqdan sonra bu gün səhər saatlarında 1,4% geriləyərək hazırda bir bareli 64.38 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 1,3% ucuzlaşaraq 67.32 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Instagram

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  Müharibə buğda bazarını da vurdu - Tarixi bahalaşma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button