Loading...
Loading...
Cəmiyyət

Nurəddin Xoca da dövlət əleyhinə çağırışda ittiham olunur

Müharibə iştirakçısının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Qarabağ müharibəsi iştirakçısı, “Bozqurd” batalyonunun komandiri olan N.Xoca rəhbərlik etdiyi saytdakı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

Cinatyət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiya tərəfindən araşdırılır.

Prosesdə N.Xocanın vəkili Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi şəxsin barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, baş redaktorun məsuliyyətə cəlb olunmasına əsas olan məqalələrin ikisi də başqa media orqanlarından (musavat.com və reportyor.info) götürülüb, istinadla dərc olunub. KİV haqqında qanunun 62-ci maddəsi isə başqa media qurumunda yayımlanmış və təkzib edilməyən materialın təkrar dərcinə görə məsuliyyətdən azad edir.

Məhkəmə vəsatəti təmin etməyib.

İş üzrə məhkəmə baxışı 14 fevrala təyin olunub.

N.Xoca Mingəçevir Su elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza və ardınca Gəncədə icra başçısına qarşı sui-qəsd barədə yazılara görə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar etmə və ya bu cür materiallar yayma), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

N.Xoca ittihamları qəbul etmir.

Qeyd edək ki, eyni ittihamlarla daha iki baş redaktora da cinayət işi qaldırılıb. Bastainfo saytının baş redaktoru Mustafa Hacıbəyli və criminalaz.com saytının baş redaktoru Anar Məmmədova da ittihamalrı rədd edib. Bu işlərə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO
Back to top button