Od çərşənbəsi də gəlib çatdı
Bu gün – martın 2-də Novruzun ikinci- Od çərşənbəsi qeyd olunur.
Buna xalq arasında “Üskü çərşənbə” də deyilir.
Bu çərşənbənin qədim insanların Günəşə, oda olan inamından irəli gəldiyi bildirilir. Adət-ənənəyə görə, bu çərşənbədə də tonqal qalayıb alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Əslində bütün çərşənbələrdə tonqal qalanır.
Azərbaycanda bu il fevralın 23-də Su, martın 2-də Od, martın 9-də Yel, martın 16-də isə axırıncı – Torpaq çərşənbəsidir.
Novruz adətinə görə, ondan əvvəlki dörd çərşənbə (həftənin ikinci günü) belə xüsusi olaraq qeyd edilir.
2021-ci il yaz fəsli Azərbaycana martın 20-də, Bakı vaxtı ilə saat 13:37:00 qədəm qoyacaq.
“24 saat” “Od çərşənbəsi də gəlib çatdı” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.