Loading...
Loading...
Xəbərlər

Odessa limanı ‘Kalibr’lə vurulub-Kiyev Rusiyanı taxıl müqaviləsini pozmaqda ittiham edir

Ukraynanın yaydığı məlumata görə, iyulun 23-də Rusiya raketləri taxıl ixracı müqaviləsinin açarı olan Odessa limanını vurub.

Ukrayna Cənub Əməliyyat Komandanlığının teleqram kanalında yayılan məlumata görə, Rusiya “Odessa dəniz ticarət limanına “Kalibr” qanadlı raketləri ilə hücum edib”.

“İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, iki raket isə limanın infrastrukturuna düşüb” deyə məlumatda vurğulanır. Yerli teleqram kanalları da partlayışdan sonra limanda yanğın başladığını yazıblar.

Ukrayna tərəfi Rusiyanı Qara dəniz limanlarından taxıl ixracı ilə bağlı İstanbulda imzalanmış müqavilələri pozmağa çalışmaqda ittiham edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko hücumu şərh edərkən bildirib ki, Rusiyanın iyulun 22-də İstanbulda imzaladığı sənəddə BMT və Türkiyəyə verdiyi razılaşma və vədləri şübhə altına almaq üçün bir gündən az vaxt lazım olub.

“Rusiyanın raketi Vladimir Putinin razılığa gəlməsi üçün böyük səylər göstərən və Ukraynanın minnətdar olduğu BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzünə tüpürdüyü tüpürcəkdir” Nikolenko Facebook-da yazıb.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Kiyev Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dənizin üç limanından təhlükəsiz ixracının bərpasına dair razılaşmaların ciddi şəkildə yerinə yetirilməsinin vacibliyinə diqqət çəkir.

İyulun 22-də Rusiya və Ukrayna, hazırda müharibə nəticəsində Ukraynada yığılıb qalmış milyonlarla ton taxılın Qara dənizdən keçərək ixrac edilməsinə və qlobal ərzaq böhranının aradan qaldırılmasına kömək edən saziş imzalayıblar.

Ukrayna dünyanın ən böyük buğda, qarğıdalı və günəbaxan yağı ixracatçılarından biridir, lakin Rusiyanın ölkəyə müdaxiləsi və dəniz limanlarının blokadası daşımaları dayandırıb.

Razılaşmaya əsasən, Ukrayna rəsmiləri gəmiləri minalı sular vasitəsilə təhlükəsiz kanallar vasitəsilə Odessa da daxil olmaqla, taxılla yüklənəcək üç limana aparacaqdı.

İmzalanmış sənədlərə əsasən, Qara dənizdə Ukraynanın üç limanı -Odessa, Çernomorsk və Yujnı blokadadan çıxarılmalıdır. Rusiya Ukraynaya hücum edəndən bəri həmin limanları blokadaya alıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  ‘Panama arxivi’ işində məlumat verən şəxs: Putin ABŞ üçün Hitlerdən daha təhlükəlidir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button