iqtisadiyyatİqtisadiyyat

Okeanın o tayından gələn təhlükə: Dollar çökə, dünya yeni böhrana yuvarlana bilər

Dünya maliyyə bazarlarında xüsusi diqqətlə izlənilən hadisələrdən biri də ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti addımının nədən ibarət olacağıdır. Xatırladaq ki, FES son iclaslarında qəbul etdiyi qərarlarla dolları bahalaşdırıb.

İndi ekspertlərin əksəriyyəti FES-in noyabr ayında uçot dərəcəsini yenidən 0,75 faiz bəndi artıraraq illik 3,75-4%-ə çatdıracağını proqnozlaşdırır. Bundan əvvəl qurum baza dərəcəsini dalbadal üçüncü dəfə qaldırıb və hazırda onu 3-3,25 faizədək çatdırıb. Bu 2008-ci ildən sonra maksimumdur. İndi yenidən fazi artımına hazırlıq gedir. Lakin belə bahalaşma ABŞ iqtisadiyyatı və dolların dünyadakı roluna da ciddi problemlər yaradır.

Qərb analitikləri əmindirlər ki, ABŞ iqtisadiyyatı bu gedişlə yaxın tezlikdə mütləq surətdə resessiyaya düşəcək. Buna rəğmən, FES rekord inflayasiyanın qarşısını almaq üçün uçot dərəcəsini qaldırmağa davam edir. Lakin bununla qurum işsizliyin artımını və iqtisadi çöküşü təşviq edir. “Bloomberg” agentliyinin iqtisadçıları 100 faizlik ehttimalla 2023-cü ilin oktyabrı üçün ABŞ-da resessiyanı proqnozlaşdırırlar. Burada hesab olunur ki, istehsalın düşməsi rekord inflyasiyaya görə baş verəcək. Sentyabrda illik rəqəmlərdə inflyasiya 8,2% təşkil edib. Halbuki, okeanın o tərəfində belə qiymət artımına öyrəşməyiblər. Son onillikdə qiymətlər ildə 2 fazidən də az artıb. Lakin indi vəziyyət fəqrqlidir və yeni şərtlər xərclərə yenidən baxmağa məcbur edir. Hzırda ABŞ-da insanlar qida və benzinə daah çox qənaət edirlər. Ev təsərrüfatlarının xərclərinin böyük hissəsi yanacağa gedir. Amerikalıların təxminən yarısı bahalaşmada prezident Co Baydeni günahlandırır. Dövlət başçısı iddialarla razı deyil, məsələn, o hesab edir ki, Kaliforniyada benzinin qallonu həmişə yeddi dollar olub. Demokratların liderinin bu sözləri Respublikaçılar arasında narazılığa səbəb olub.

Respublikaçılardan Senata namizədlərindən olan Mark Meyzer ironiya ilə bildirir: “Bağışlayın, cənab prezident, lakin Kaliforniyada benzinin qallonu həmişə yeddi dollar olmayıb. Əslində, siz prezident olana qədər, hətta 5 dollar baha qiymət sayılırdı. Siz dəqiq siyasətinizin milləti necə məhv etdiyi barədə anlayışa malik deyilsiniz”.

Kaliforniya Respublikaçılar Partiyasının sədri Cessika Millan isə bildirir: “Əla işdir, Bayden, rekord baha qiymətlərə çatmaqda köməyə görə sağ ol”.

Kaliforniya Respublikaçılar Partiyasının sədri Cessika Millan isə bildirir: “Əla işdir, Bayden, rekord baha qiymətlərə çatmaqda köməyə görə sağ ol”.

Bundan əlavə, ABŞ prezident bildiir ki, Birləşmiş Ştatlarda resessiya az ehtimal olunur. Baydenin sözlərini onun iqtisadi müşaviri Sesiliya Rouz təkrarlayır. O əmindir ki, qiymətlərin artımına qarşı tədbirlər effektiv olub. ABŞ ümumiyyətlə, digər ölkələrdən az zərər görüb.

Lakin analitiklərin narahatlığı Federal Ehtiyatlar Sisteminin sürətlənən inflyasiya ilə fəal mübarizəsi fonunda artıb. Nizamlayıcı monetar siyasəti kəskin şəkildə dəyişib. FES-in kəskin qərarı ölkədə iqtisadi çöküşə səbəb ola bilər. Məsələ burasındadır ki, FES koronavirus pandemiyasının başlaması ilə nəzarətsiz şəkildə dollar çap etməyə başlayıb. Sonra yumşaq pul-kredit siyasəti şok hesab olunan fazi dərəcələrinin qaldırılması ilə əvəz olundu.

“Finmir” marketpleysinin beynəlxalq maliyyə bazarları üzrə mütəxəssisi Georgi Svirin bildirir: “Bütün bunlar Ştatlarda sənaye istehsalının və pərakəndə satışın həcminin düşməsinə gətirə bilər. ÜDM artıq 2023-cü ilin birinci yarısında sıfır artım tempi göstərə bilər”.

Analitiklərin sözlərinə görə, ABŞ iqtisadiyyatında problemlər illərlə toplanıb. Bir çox əcnəbi ekspertlər hesab edirlər ki, ölkə 2008-ci il böhranından hələ də çıxmayıb. Rus ekspert Fyodor Sidorov bildirir: “Əslində indi müşahidə etdiyimiz ABŞ rəsmilərinin ölkənin pulla doldurmaq tədbirlərinin nəticəsidir. Son 40 il üçün rekord inflyasiya, əhalinin real gəlirləinin azalması, ipoteka dərəcələrinin artması vəziyyəti daah da pisləşdirir”.

Gözdən qaçırmayın:  Azərbaycanda bitki yağı sürətlə bahalaşır: Səbəb isə…

Ekspert FES-in faiz dərəcələrini artırmağa davam edəcəyini proqnozlaşdırır: “Bu əhali və biznes üçün əlçatan kreditlərin qarşısını kəsir. Nəticədə istehlakçı tələbatı azalır və resessiya güclənir”.

Dünyada enerji resurslarının, metalın, aqrar xammalın yüksək qiymətləri də vəziyyəti daha da çətinləşdiir. Fyodor Sidorov bildirir: “Sadəcə monetar siyasətin sərtləşdirilməsi ilə bu problemləri həll etmək olmaz. Bundan əlavə, ABŞ-da çoxdandır sosial sahəyə xərclərin azaldılmasından danışırlar. Həmçinin nəqliyyat və kommunal infrastruktur sahəsində geriləmə müşahidə olunur. Vaxtilə ABŞ sənayesinin və avtomobilqayırmasının mərkəzi olmuş Detroytun nəyə çevrildiyinə baxmaq kifayətdir. İndi şəhər postapokalipsis barədə filmləri xatırladır. Biznes çoxdandır bu bölgədən çəkilib. ABŞ-da yaxınlaşan resessiya barədə çoxdan danışılır. Hələ keçən il bu barədə maliyyə naziri Canet Yellen xəbərdarlıq edib. Düzdür, onda söhbət yalnız inflyasiyanın sürətlənməsindən gedirdi”.

“The Atlantic” dərgisinin yazdığına görə, FES-in sərt qərarları yalnız amerikalılara təsir etməyəcək: “Qlobal iqtisadiyyat xaos vəziyyətinə yaxınlaşıb və bu nizamsızlıq güclənir. Son aylarda FES qiymətləri tənzimləmək üçün uçot dərəcələrini qaldırır. Sistem dövlət daxilində inflyasiyasını nəzarətdə saxlamaq iqtidarında deyil, lakin o, bizdə və bütün dünyada başqa cür çətinliklər yaradır. FES-in sərt monetar siyasəti sərmayəçiləri dollarla istiqrazlar almağa məcbur edir. Bu isə öz növbəsində digər valyutalara neqativ təsir edir: pulları ucuzlaşan ölkələr resessiyaya düşürlər və dövlət borcunu ödəyə bilmirlər. Nəticə olaraq, onların mərkəzi bankları da faiz dərəcələrini yüksəldirlər. Bu isə nəticədə tənəzzülə gətirir. ABŞ dünya ÜDM-nin təxminən 40%-ni istehlak etdiyi üçün Birləşmiş Ştatların iqtisadiyyatındakı böhran qlobal resessiyaya gətirəcək. Və bu, artıq başlayır”.

Bu arada ABŞ-ın dövlət borcü sürətlə artır. Borc artıq rekord sayılan 31 trilyon dollar rəqəmini keçib. ABŞ-da artan büdcə kəsiri isə hökuməti daha çox borclanmağa vadar edir. Amma ABŞ-ın borc səhmləri də son zamanlar dünya bazarında öz etibarlılığını və likvidliyini itirməkdədir. Son illər ABŞ-ın xərclərinin sürətlə artması kreditorları ciddi narahat edir.

Okeanın o tayında baş verənlərin dünya dövlətləri, o cümlədən Azərbaycan üçün müəyyən problemlər yaratması qaçılmazdır. İqtisadçı-ekspertlər bildirir ki, böhran baş verərsə, bu, Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Çünki ABŞ-da böhran nəticəsində səhmlərin qiymətinin aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, böhran dərinləşdiyi təqdirdə, dolların məzənnəsi aşağı düşəcək. Hazırda Azərbaycan dövlət rezervlərinin yarıya qədəri dollar ilə saxlanılır. Bu da birmənalı şəkildə Azərbaycan dövlət rezervlərinin dollarla saxlanan hissəsinin dəyərinin azalmasına gətirib çıxara bilər. ABŞ-dakı böhranın Azərbaycanın neft sektoruna da təsirsiz ötüşməyəcəyi qaçılmaz sayılır. Çünki böhran sayəsində neftə tələbat azalarsa, bu, dünyada neftin qiymətinin aşağı düşməsinə və Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxara biləcək. Bununla yanaşı, manatın məzənnəsinin dollara nisbətən möhkəmlənməsi qaçılmaz sayılır. Bu fonda Azərbaycanın qızıl ehtiyatlarıan daah çox diqqət etməsi önəmli hesab olunur.

24 saatOkeanın o tayından gələn təhlükə: Dollar çökə, dünya yeni böhrana yuvarlana bilər” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button