2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Öldürülən qadın 31 ildən sonra döyməsi sayəsində tanınıb

class=”mediyanet-inline-adv”>

İNTERPOL-un qohumları tapıla bilməyən qadın meyitlərinin şəxsiyyətinin müəyyən edilməsi üçün başlatdığı əməliyyat nəticəsində illər sonra bir nəfərin ailəsinə çatılıb.

Belçikada öldürülən Britaniya vətəndaşı Rita Robertsin kimliyi 31 il sonra ailəsi tərəfindən müəyyən edilib. İngilis xəbər saytında qətllərlə bağlı xəbər yazısında qolundakı döyməsinin şəklini görən Robertsin ailəsi döymənin sahibinin Rita Roberts olduğunu anlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

INTERPOL Polis Xidmətinin İcraçı Direktoru Stiven Kavanagh bildirib ki, Robertsin ailəsi döyməni görən kimi Belçikadakı səlahiyyətlilərlə əlaqə saxlayıb və onlar qadının kimliyini rəsmən müəyyən ediblər.

INTERPOL-un açıqlamasına görə, 1992-ci ilin fevral ayında İngiltərədən Belçikanın Antverpen şəhərinə gedən Rita Roberts sonuncu dəfə 1992-ci ilin mayında açıqca göndərərək ailəsi ilə əlaqə saxlayıb və onun cansız cəsədi çayda tapılıb. Belçika səlahiyyətliləri şəxsiyyətin müəyyənləşdirilməsi tamamlandıqdan sonra qətlin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb.

Öldürülən qadın 31 ildən sonra döyməsi sayəsində tanınıb

Beynəlxalq Kriminal Polis Təşkilatı (INTERPOL) Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən 15-30 yaş arası 22 qadının kimliyini müəyyən etmək üçün “Məni tanı” adlı əməliyyata başlayıb.

Polisdən verilən açıqlamada, may ayında başladılan əməliyyat çərçivəsində indiyədək işlərlə bağlı 1250 məlumat daxil olduğu bildirilib.

Öldürülən qadın 31 ildən sonra döyməsi sayəsində tanınıb

2023-11-14 17:42:59

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button