2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ombudsman: “Ermənistan əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmir” – MÜSAHİBƏ

“Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq qurumlarla birgə hesabatların hazırlanması nəzərdə tutulub”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a müsahibəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib. Ombudsmanın müsahibəsini təqdim edirik:

– Səbinə xanım, məlum olduğu kimi, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bu münasibətlə Ombudsman təsisatı indiyədək hansı tədbirlər həyata keçirib?

– Cari il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində bir sıra silsilə tədbirlər keçirmişik və ilin sonuna kimi tədbirlərin təşkili davam etdiriləcək. Bu il bizim üçün də çox əhəmiyyətli və əlamətdardır. Çünki artıq 20 ildən çoxdur ki, müstəqil bir qurum olaraq fəaliyyət göstərən Ombudsman təsisatı bilavasitə Ulu Öndərin təşəbbüsü və xeyir-duası ilə yaradılmışdır. Hazırda biz möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu əsas tutaraq, tərtib etdiyimiz silsilə tədbirlərin təqvim planına uyğun olaraq ilin əvvəlindən etibarən həm Bakı şəhərində, həm də regionlarda müxtəlif aktual mövzular üzrə tədbirlərin keçirilməsinə start vermişik.

– Qeyd etdiyiniz tədbirlərlə yanaşı, Sizin tərəfinizdən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində də tədbirlər təşkil olunub. Bir ay ərzində bu istiqamətdə keçirilən tədbirlər barədə məlumat verməyinizi istərdik…

– Hər il 18 may – 18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan olunması artıq bir ənənəyə çevrilib, lakin bu, heç də o demək deyil ki, biz insan hüquqlarının müdafiəsini yalnız bir ayla məhdudlaşdırmalıyıq. Bu o deməkdir ki, biz dövlət qurumlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatlarını (ictimai birliklər və fondlar), media subyektlərini, həmkarlar ittifaqlarını, bütövlükdə geniş ictimaiyyəti insan hüquq və azadlıqlarının müdafiəsinə diqqəti daha da artırmağa çağırırıq. Həmçinin hər il 20 oktyabr – 20 noyabr tarixləri tərəfimizdən “Uşaq Hüquqları Aylığı” elan olunsa da, bu istiqamətdə də tədbirlər il ərzində davam edir. Yəni, bizim işimiz elan olunan həmin aylıqlarla yekunlaşmır. Bununla biz cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı naminə aidiyyəti qurumlarla birgə əməkdaşlıqda əhali arasında insan hüquqlarının geniş təbliğ olunmasını daha da gücləndiririk.

– Sizin çağırışınıza uyğun olaraq, bu aylıq çərçivəsində dövlət qurumlarının iştirakını necə qiymətləndirirsiniz?

– Sevindirici haldır ki, bizim bu müraciətimizə bütün dövlət qurumları hər zaman olduğu kimi böyük həssaslıqla yanaşdılar və bu aylıq çərçivəsində insan hüquq və azadlıqlarını təbliğ edən müxtəlif mövzular üzrə silsilə maarifləndirmə tədbirləri həyata keçirildi. Bir çox hallarda Ombudsman təsisatının nümayəndələri də həmin tədbirlərdə məruzəçi qismində iştirak etdilər.

– “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatının Regional mərkəzləri tərəfindən keçirilən tədbirlərdə regionlarda fəaliyyət göstərən digər dövlət müəssisələri, idarə və təşkilatlar da iştirak etdimi?

– Qeyd etdiyim kimi, Ombudsman təsisatı tərəfindən ölkə üzrə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bütün növ tədbirlər il ərzində keçirilir. Bu kimi tədbirlər təkcə təsisatımız tərəfindən deyil, həm də digər dövlət qurumları ilə birlikdə reallaşdırılır. Bu məsələyə tərəfimizdən mütləq şəkildə çox həssas yanaşma mövcuddur. Bizim bu istiqamətdə tədbirlərimiz yalnız Bakı şəhəri ilə məhdudlaşdırılmamalıdır. Odur ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təbliği üzrə davamlı tədbirlər regional mərkəzlərdə və Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Əlbəttə, bizim əsas hədəfimiz yerli dövlət orqanlarının nümayəndələrinin orada fəal iştirakıdır. Həmçinin regionlarımızda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də bu prosesə aktiv şəkildə qoşulduqlarını sevindirici hal kimi qeyd etmək yerinə düşərdi.

– Bu aylıq çərçivəsində keçirilmiş hüquqi maarifləndirmə tədbirlərini necə dəyərləndirirsiniz?

– Ümumilikdə, əlbəttə ki, yüksək qiymətləndirirəm. Lakin hüquqi maarifləndirmə işi dünyada ombudsmanların fəaliyyətlərinin əsas istiqamətlərindən biridir. Yəni, bu, bir neçə günlə və ya elan olunan aylıqlarla məhdudlaşmalı deyil. Uzaq gələcəyə hədəflənən hüquqi maarifləndirmə işi əhalinin bütün təbəqələri, xüsusilə də uşaq və gənclər arasında insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə, əlbəttə ki, biz maarifləndirmə fəaliyyətinin daha da aktivləşdirilməsi və dövlət qurumları ilə bərabər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin də bu prosesdə daha fəal iştirakında maraqlıyıq.

– Səbinə xanım, dörd ilə yaxın müddətdir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsində fəaliyyət göstərirsiniz. Bu müddət ərzində qarşıya qoyulan hədəflərə çatmısınızmı və növbəti hədəflər nədən ibarətdir?

– Bəli, ötən müddət ərzində dövlətimizin ali məqsədinin təmini istiqamətində qarşıya qoyulan bir çox hədəflərə çatmağa nail olmuşuq və bu proses ardıcıl olaraq davam edir. Son dönəmdə təsisatımız vətəndaşlarımıza daha yaxın olmaq məqsədilə artıq bütün sosial platformalarda təmsil olunur. Bununla yanaşı, 24/7 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi yaradılıb və bir çox xarici tərəfdaşlarla apardığımız fikir mübadiləsinə əsasən deyə bilərəm ki, bu, ölkəmiz üçün çox mütərəqqi bir təcrübə kimi təqdir olunur. Təbii ki, bunlar vətəndaşlarımızın, ümumilikdə isə bizə müraciət edən hər bir şəxsin hüquqlarının təmini məqsədilə onların müraciətlərinə olduqca operativ, çevik baxılması üçün vacib amillərdən biridir. Bundan əlavə, təsisatımızda əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üçün ayrıca bir sektor yaradılıb. Həmçinin uşaq hüquqlarının təmini fəaliyyətimiz də prioritet istiqamətlərdən biridir və çalışırıq ki, bu sahəyə çox böyük diqqət ayıraq. Odur ki, Uşaq hüquqlarının müdafiəsi sektorunun yaradılması da son dövrdə həyata keçirilən yeniliklərdəndir və bu da hədəflərdən biri idi.

– İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsi üzrə yeni təkliflərin hazırlanması haqqında nə deyə bilərsiniz?

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button