2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Overçuk: “Rusiya Ermənistanın təklif etdiyi “Dünyanın kəsişməsi” layihəsini dəstəkləyir”

Bakı/15.12.23/Turan:  Rusiya Federasiyası baş nazir Nikol Paşinyanın təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsini dəstəkləyir. “Armenpress” xəbər verir ki, bu barədə dekabrın 15-də Yerevanda hökumətlərarası iclasda Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

«Biz Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi “Dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsini faktiki olaraq dəstəkləyirik, Avrasiya Sabitlik və İnkişaf Fondunun vəsaiti hesabına Şimal-Cənub avtomobil yolu dəhlizinin dördüncü tranşının tikintisini maliyyələşdiririk. Hazırda bu istiqamətdə dəstəyin həcmi 150 milyon dollardır. Qacaran tunelinin tikintisinə dəstək qərarı tərəflər arasında razılaşdırma mərhələsindədir. Dəstəyin məbləği 200 milyon dollar olacaq”, – Overçuk deyib.

Xatırladaq ki, “Dünyanın kəsişməsi”nin elementlərindən biri  Azərbaycandan Naxçıvana Mehri (Zəngəzur dəhlizi) vasitəsilə dəmir yoludur. -0-

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button