Now Reading:
Özbəkistan hökumətindən sensaion addım

Özbəkistan hökumətindən sensaion addım

Özbəkistanın xarici işlər naziri Əbduləziz Kamilov sentyabrın 7-də beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch-un nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə təşkilatın Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Xyu Uilyamson və Mərkəzi Asiya ofisinin direktoru Stiv Sverddlou daxil idi.
Görüşdə qeyd olunub ki, Özbəkistanın yeni strategiyası Human Rights Watch-la konstruktiv əməkdaşlıq üçün imkanlar açır.
Human Rights Watch-un nümayəndə heyəti Özbəkistana sentyabrın əvvəlində gəlib. Təşkilatın Daşkənddəki ofisi 1996-cı ildə açılıb. Lakin 2007-ci ildən təşkilat ölkədə fəal işləmək imkanı olmayıb.
2011-ci ilin oyun ayında Özbəkistan Ali Məhkəməsi təşkilatın nümayəndəliyini ləğv edib.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.