2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Pakistan və İran bir-birinə niyə hücum edir?

İran hücum nəticəsində 3 qadın və 4 uşaq və 2 kişinin öldüyünü açıqlayıb.

Bu hücum İranın iki gün əvvəl Pakistanda yerləşən “üsyançı qruplaşmanı hədəf alaraq” Pakistan ərazisinə raket zərbəsi endirməsindən sonra baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Cümə axşamı günü Pakistanın Xarici İşlər Nazirliyi İrana zərbələr endirdiklərini təsdiqləyib.

Pakistan açıqlayıb ki, raket zərbələrinin hədəfi qonşu İranla sərhəddəki Sistan və Bəlucistan əyalətindəki “terrorçu sığınacaqları” olub.

Pakistan “gözlənilən genişmiqyaslı terror hadisələri ilə bağlı etibarlı kəşfiyyat məlumatlarıına əsasən” davrandığını bildirib, eləcə də bir sıra “terrorçunun” öldürüldüyünü açıqlayıb.

Pakistan həmçinin, İranın “suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını”, amma bu gün özünün endirdiyi raket zərbələrinin “Pakistanın bütün təhdidlərə qarşı öz milli təhlükəsizliyini qorumaq və müdafiə etmək üçün sarsılmaz əzminin göstəricisi” olduğunu bildirib.

İran çərşənbə axşamı günü Pakistanın İran sərhədi yaxınlığındakı Bəlucistan əyalətinə zərbələr endirib. İran deyib ki, zərbələrin hədəfində İran daxilində hücumlar həyata keçirmiş etnik Bəluc əsilli, sünni müsəlman qruplaşması Ceyş əl-Ədl olub. Rəsmi Tehran Pakistan vətəndaşlarını hədəf almadığını deyib.

İran və Pakistan narkotik qaçaqmalçılarının və Bəluc silahlı qruplarının çox fəal olduğu, qanunla tənzimlənməyən sərhəd bölgəsi ilə bağlı qarşılıqlı narahatlıq keçirirlər.

BBC-nin Diplomatik məsələlər üzrə müxbiri, hazırda Yerusəlimdən xəbər verən Paul Adams yazır ki, İran və Pakistan münasibətləri “mürəkkəb, lakin istidir”.

O hesab edir ki, iki ölkənin, xüsusən də İran və Pakistan kimi iki böyük, nüfuzlu ölkənin bir-birinə belə qarşılıqlı zərbələr endirməsi heç yaxşı əlamət deyil.

“Ancaq dağıntılara, mülki itkilərə və qızğın ritorikaya baxmayaraq, bu, hələlik əsl böhran kimi görünmür”, – Paul Adams vurğulayır.

İki ölkə nazirlərinin bu həftə Davosdakı görüşünü xatırladan müxbir hər iki ölkənin donanmalarının da Hörmüz boğazında və Fars körfəzində birgə təlimlər keçirməsindən bəhs edir.

Adams diqqəti ona çəkir ki, tərəflər bir-birinə qarşı etdikləri hava hücumundan sonra bu hücumların “qardaş və qonşu” ölkəyə – yəni, bir-birinə qarşı olmadığını vurğulayıblar.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button