2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Pakistanda daşqın və fırtına: Çoxlu ölü

2023-07-05 18:50:52

Pakistanın Pəncab əyalətinin inzibati mərkəzi olan Lahor şəhərinə güclü yağış yağıb. Kanalizasiyalar daşdığından küçələr göllərə çevrilib, maşınlar yollarda qalıb. Şəhərin müxtəlif yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Pəncabın baş naziri Mohsin Naqvi jurnalistlərə açıqlamasında elektrik cərəyanı, damın çökməsi və boğulma nəticəsində 7 nəfərin həyatını itirdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz əsas yolları təmizləmək və su basmış ərazilərdən suyu boşaltmaq üçün bütün şəhərə qruplar göndərdik” dedi Naqvi. Lahor rəsmisi Məhəmməd Əli Randhava bildirib ki, şəhərə son 10 saat ərzində rekord miqdarda 290 millimetr yağıntı düşüb.

Meteoroloji xidmət Lahorda yağışların yaxın 24 saat ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Güclü yağış və tufan Hayber Paxtunxva əyalətində də təsirli olub. Ağacların aşması nəticəsində 3 nəfərin həyatını itirdiyi bildirilib. Milli Fəlakətlərin İdarə Olunması Agentliyi (NDMA) yağışların iyulun 8-dək təsirli olacağı barədə xəbərdarlıq edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button