2023-03-10 17:04:13
class=”medianet-inline-adv”>
Pakistanın Pəncab əyalətinin Dera Qazi Xan bölgəsində 40 nəfərin olduğu traktor qoşqusu su kanalına düşüb.
Əraziyə polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.
Qəzada indiyədək 6 nəfər həyatını itirərkən, kanaldan çıxarılan yaralılar xəstəxanaya çatdırılıb.
Treylerdə aralarında qadın və uşaqların da olduğu 40 nəfərin Saxi Sərvər ziyarətgahına getdiyi öyrənilib.
Dalğıcların kanalda axtarışları davam edir.
Tərcümə“24 SAAT”