Xəbərlər
Pakistanda yol qəzasında azı 20 nəfər ölüb
![Pakistanda yol qəzasında azı 20 nəfər ölüb](https://www.az24saat.org/wp-content/uploads/2022/08/Pakistanda-yol-qəzasinda-azi-20-nəfər-olub-780x450.jpg)
İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.
Pakistan hakimiyyəti avtobusun yanacaq tankeri ilə toqquşaraq alışması nəticəsində azı 20 nəfərin həlak olduğunu açıqlayıb.
Hadisə avqustun 16-da sübh tezdən, mərkəzi Multan şəhəri yaxınlığında, paytaxt İslamabaddan 540 km cənubda baş verib.
İlkin məlumatlara görə, avtobusun sürücüsü sükan arxasında mürgüləyib.
Pakistanda yol qəzaları tez-tez baş verir, əsas səbəblər sırasında yolların bərbadlığı, maşınların nasazlığı, sürücülərin səhlənkarlığı göstərilir.
2015-ci ildə cənub rayonunda sərnişin avtobusunun neft tankeriylə toqquşmasında azı 62 nəfər həlak olmuşdu.