2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Paris Bakıdan səfirini geri çağırıb

“Fransa son aylarda Azərbaycan tərəfindən ikitərəfli münasibətlərə xələl gətirən birtərəfli hərəkətlərin davam etdirilməsi ilə əlaqədar məsləhətləşmələr üçün Azərbaycandakı səfirini geri çağırmaq qərarına gəlib”. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin aprelin 16-da yaydığı məlumatda deyilir.

“Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini bildirib və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzuladığını bildirib.

Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha bəyan edir”, – məlumatda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xarici İşlər Nazirliyi hələlik Parisin bu qərarını şərh etməyib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button