2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Parisin danışdığı soyğunçuluq: 10 milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlandı!

2023-08-02 10:28:30

class=”mediyanet-inline-adv”>

Günorta saatlarında məşhur alış-veriş küçəsi Rue de la Paixdə yerləşən Piaget mağazasına daxil olan oğruların səsboğucu ilə silah gəzdirərək mağaza işçilərini hədələyərək yerə uzanmağı xahiş etdikləri açıqlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vitrindəki qızıl-zinət əşyalarını oğurlayan oğrular daha sonra piyada hadisə yerindən qaçıblar.

Oğruların oğurladığı qızıl-zinət əşyalarının dəyərinin 10-15 milyon avro civarında olduğu təxmin edilir.

Hadisə zamanı xəsarət alan olmasa da, Fransa polisinin xüsusi BRB bölməsi istintaqa həvalə edilib.

Fransa mətbuatı iki kişi oğrunun boz kostyum, qadın oğruların isə yaşıl paltar geyindiyini yazıb.

Cəmi üç ay əvvəl həmin küçədə təxminən 100 metr aralıda yerləşən başqa bir zərgərlik mağazası oğruların hədəfinə çevrilmişdi.

Gün ərzində “Bulgari” mağazasına daxil olan 3 silahlı oğru daha sonra motosikletlərlə qaçıb.

class=”mediyanet-inline-adv”>

Fransa Zərgərlik və Saat Assosiasiyasının prezidenti Sandrine Marcot, mağazalara edilən basqınların sayının həyəcan verici olduğunu söylədi; “İllər ərzində say kəskin şəkildə azalsa da, Covid epidemiyasından sonra son 1-2 ildə oğurluqların sayı artmaqdadır” dedi.

Təxminən iki həftə əvvəl oğrular Paris Sen-Jermen futbol komandasının italiyalı qapıçısı Canluici Donnarummanın Parisdəki evinə soxularaq futbolçunu və onun həyat yoldaşını bağlayaraq evdən qızıl-zinət əşyaları, saatlar və digər dəbdəbəli məhsulları oğurlayıblar.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button