Siyasət

Paşinyan: “Türkiyə ilə danışıqlara hazırıq”

Paşinyan Türkiyəyə meyllənir
Türkiyə prezidenti açıq şəkildə Ermənistanla münasibətlərə toxunub. Biz bu bəyanatlarda erməni-türk əlaqələrinin normallaşması, Ermənistan-Türkiyə dəmir yolunun bərpasından danışmaq kimi bir imkan görürürük. Biz bu cür danışıqlara hazırıq”.
“Novosti-Armeniya”-nın sentyabrın 8-də verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyanın sözlərinə görə, burada söhbət böyük ehtimalla regionun şərqlə qərbi, şimalla cənubu birləşdirən yolayrıcı olmasından gedir: “Mənim üçün bunu demək xoşdur ki, Rusiya Federasiyası da bu prosesi aktiv şəkildə dəstək olmağa hazır olduğunu bəyan edib”.
Baş nazir açıqlamasında Azərbaycanla münasibətlərə də toxunub.
Deyib ki, ölkəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla sülh prosesini bərpa etməyə hazırdır: “Amma sərhədlərin demarkasiyasını və delimitasiyasını, həmçinin erməni əsirləri qaytarılması prosesini unutmadan”.
“Rəsmi Yerevan Rusiya və İranla dəmiryolu əlaqəsini yoluna qoymaq istəyir və həm də başa düşür ki, Bakı da Naxçıvanla əlaqəni təmin etmək istəyir. Bu məsələnin həll olunması üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) kommunikasiyların açılması məsələsi müzakirə olunur”, – deyə Paşinyan vurğulayıb.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button