2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Peskov Duma üzvünün Azərbaycana zərbə endirmək çağırışını emosiyalarla izah edir

Onun sözlərinə görə, Kreml “emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə” çağırır
Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin mövqeyinə uyğun deyil. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyir.
“Bu bəyanat Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun deyil, uyğun gələ də bilməz. Bu bəyanat daha çox aşıb-daşan şəxsi emosiyalarla bağlıdır”, – Peskov vurğulayıb.
“Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir”
Onun sözlərinə görə, Kreml “emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə” çağırır. “Xüsusilə də tərəfdaşlarımızla münasibətdə. Azərbaycan tərəfdaş ölkələr kateqoriyasına aiddir. Rusiya Qarabağda sülhün təmin olunmasına, tərəflərin öz öhdəliklərini yerinə yetirməsinə böyük cəhdlər edir”, – sözçü qeyd edib.
Martın 28-də Rusiyanın “Rossiya 1” dövlət telekanalında yayımlanan “60 minut” siyasi tok-şousunda Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini, deputat Mixail Delyaqin Azərbaycanı “proksi dövlət” adlandırıb. Verilişdə Azərbaycan Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə suçlanıb. Delyaqin Azərbaycanı Rusiya üçün real təhlükə adlandırıb. Deputat sonradan Telegram kanalında Azərbaycanın neft sənayesinə nüvə silahı ilə zərbələr endirmək çağırışı ilə bağlı sorğu keçirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanatları, hələlik, şərh etməyib.
Qarabağda nə baş verir
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən həftədən Qarabağda, Əsgəran rayonunun Fərrux və Pirlər kəndlərində vəziyyətin gərginləşməsi xəbərləri gəlir. Regiondakı separatçı erməni qurumları Azərbaycan silahlı qüvvələrini “onların ərazisi”nə girməkdə ittiham edib. Azərbaycan yalnız qüvvələrini dislokasiya etdiyini bəyan edib.
Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanı 2020-ci il 9 noyabr atəşkəs razılaşmasını pozmaqda ittiham edib, Azərbaycanın bölmələrinin Fərrux ərazisindən bölmələrini çıxarıldığını bildirib. Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyini açıqlayıb.

24 saat” “
Peskov Duma üzvünün Azərbaycana zərbə endirmək çağırışını emosiyalarla izah edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button