2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

POCO X4 Pro 5G və M4 Pro smartfonları təqdim olunub – QİYMƏTİ

    Xiaomi-nin POCO brendi MWC 2022 sərgisi çərçivəsində 2 yeni smartfonunu təqdim edib. Söhbət, POCO X4 Pro 5G POCO M4 Pro-dan gedir. X4 Pro 5G modeli 108 MP-lik əsas kamera, Snapdragon prosessor və 67 vatt gücündə sürətli şarj texnologiyasını əldə edib. M4 Pro isə POCO M seriyasının AMOLED ekran əldə etmiş ilk smartfon modelidir. POCO X4 Pro 5G modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. POCO X3 Pro ilə müqayisədə yeni POCO X4 Pro 5G modeli daha nazikdir.

Saytların yığılması Saytlarin yigilmasi

    Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 695 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 108 MP + 8 MP (118 dərəcə tutma bucağı) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Lakin smartfonun gövdəsi sudan qorunma özəlliyinə sahib deyil. O, MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. POCO X4 Pro 5G artıq sabah satışa çıxacaq. Smartfonun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

– 6 GB RAM + 128 GB yaddaş – 299 avro

– 8 GB RAM + 256 GB yaddaş – 349 avro.

    POCO M4 Pro modelinə gəldikdə isə o, 90 Hz-lik təsvir yenilənməsinə sahib 2400×1080 piksel keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Əsas texniki göstəricilər baxımından M4 Pro modeli 8 nüvəli MediaTek Helio G96 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP + 8 MP (118 dərəcə tutma bucağı) + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. M4 Pro modeli də özündə stereo səsgücləndiriciləri, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfonun gövdəsi sudan qorunma özəlliyinə sahib deyil. Smartfon MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. POCO M4 Pro sabah satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimi olacaq.

– 6 GB RAM + 128 GB yaddaş – 249 avro

– 8 GB RAM + 256 GB yaddaş – 269 avro.

24 saat” “POCO X4 Pro 5G və M4 Pro smartfonları təqdim olunub – QİYMƏTİ” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button