2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Polşa-Belarus sərhədində yeni gərginlik

2023-08-02 08:00:45

class=”mediyanet-inline-adv”>

Polşa-Belarus sərhədində yeni gərginlik yaranıb, burada gərginlik Rusiyanın muzdlu ordusu Vaqnerə görə artıb. Polşa Müdafiə Nazirliyi ötən gecə Belarusa məxsus iki helikopterin hava məkanını pozduğunu və bu ölkə ilə sərhədə əlavə hərbçi yerləşdirəcəyini açıqlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim zamanı Belarus Hərbi Hava Qüvvələrinə məxsus iki Mi-8 və Mi-24 helikopterinin Polşa hava məkanını aşağı hündürlükdə keçdiyi qeyd edilib. Hadisənin NATO ölkələrinə çatdırıldığı bildirilən açıqlamada, Rusiya və Belarusun sərhəddə fəallaşmasına qarşı bölgədəki əsgər sayının artırılmasına qərar verildiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Vaqner qrupunun lideri Yevgeni Priqojinin Rusiya lideri Vladimir Putinə qarşı üsyan cəhdi Belarus lideri Lukaşenkonun köməyi ilə başa çatıb və üsyanda iştirak edən əsgərlərin əksəriyyəti Belarusa gedib. Ötən gün açıqlama verən Polşanın baş naziri Mateusz Morawiecki, “iki ölkə sərhədində vəziyyətin getdikcə daha təhlükəli hala gəldiyini” söylədi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button