2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Polşa elan etdi: Sərhədi keçən ukraynalıların sayı 14 milyonu keçib

2023-08-02 17:18:21

class=”mediyanet-inline-adv”>

Polşa Sərhəd Xidməti sosial media hesabından Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bu yana Polşaya keçən ukraynalıların sayının 14 milyon 182 minə çatdığını açıqlayıb. Açıqlamada dünən Ukraynadan Polşaya 31 minə yaxın insanın daxil olduğu, eyni gündə Ukraynaya keçənlərin sayının isə 34 mini keçdiyi bildirilib. Polşa Sərhəd Mühafizəsi həmçinin bildirib ki, müharibə başlayandan bəri 12 milyon 399 min ukraynalı Polşanı tərk edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bir müddətdir qeyri-qanuni mühacir axını ilə mübarizə aparan Polşa Sərhəd Xidməti son 4 gündə 635 nəfərin Belarus sərhədindən qeyri-qanuni yollarla ölkəyə keçməyə cəhd etdiyini bildirib. Sözügedən qeyri-qanuni mühacirlərin bəzilərinin Polşa Sərhəd Mühafizəçilərini gördükdən sonra geri qayıtdığı, sərhədi keçməyi bacaranların isə nəzarətə alındığı bildirilib. Saxlanılanların İran, Hindistan, Mərakeş, Misir və Ermənistan da daxil olmaqla 12 müxtəlif ölkənin vətəndaşları olduğu qeyd edilib. Polşanın Belarusla 418 kilometr uzunluğunda quru sərhədi var.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button