Siyasət
Prezident İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatıb – YENİLƏNİB
![Prezident İlham Əliyevlə Şarl Mişel arasında görüş başa çatıb - YENİLƏNİB](https://www.az24saat.org/wp-content/uploads/2023/07/Prezident-Ilham-Əliyevlə-Sarl-Misel-arasinda-gorus-basa-catib-780x452.jpg)
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında görüş başa çatıb.
“Report”un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş 3 saat davam edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.
“Report”un Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.
Mənbə:Report