2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Prezident İlham Əliyev Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi” – RƏY

“Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də Moskvada keçirilən geniş tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev qonaq qismində, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak edib:

“Qeyd edim ki, Azərbaycan ikitərəfli formatda, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı var, bizim heç kimin dəstəyinə ehtiyacımız yoxdur. Bu da bizə imkan verir ki, xarici siyasətimizi uğurla həyata keçirək”.

Onun sözlərinə görə, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır:
“Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır. Azərbaycan müasir nəqliyyat-tranzit infrastrukturuna malikdir”.

C.Məmmədov söyləyib ki, iclasda Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı:

“Ancaq cavab çox uğursuz oldu. Prezident onun bütün suallarına konkret və dəqiq cavab verdi. Onu da qeyd edim ki, Rusiya prezidenti də Azərbaycanın mövqeyini dəstəkləyəcək açıqlamalarla çıxış etdi. Bu da xüsusi önəm və əhəmiyyət daşıyan məsələdir. Bununla da Azərbaycan öz siyasi mövqeyini daha da möhkəmləndirdi və gücləndirdi”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button