Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bu barədə fevralın 12-də Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilsin.”
Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 2020-ci ilin noyabrında işğaldan azad olunmuş Şuşa şəhərində imzalanıb.
Mənbə: AzadlıqRadiosu
“24 saat”